Dubna..

Dubna..bəlkədə çoxlarınız bu şəhər haqqında eşitməmisiz..Mənimdə keçən ilə kimi bu şəhərdən xəbərim yoxuydu..Dubna Rusiya, Moskovskiy oblast, Volqa çayı sahillərində yerləşən şəhərdir.”Elm şəhəri” statusunu alan bu şəhərdə beynəlxalq nüvə fiziklərinin tədqiqat mərkəzi və ölkənin ən böyük elm binası olan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu yerləşir. Mendeleyin dövri sistemində 105 ci radioaktiv element olan “Dubnium” məhz bu şəhərin adınadır.
Keçən il Dubnaya gedəcəyimizi biləndə şəhər haqqında heç bir təsəvvürüm olmadığından heç bir həyəcanım belə yoxuydu.Taki elektrik qatarından düşüb Dubnaya ayaq basana kimi.. Böyük Moskvadan sonra belə balaca,miniatürnü şəhərə düşmək qəribə və maraqlı gəlirdi. Burada hər şey tamam fərqli idi.Küçələr,evlər,hər tərəf bapbalaca və tərtəmiz..insanı rahatladan bir mənzərəsi..Volqa çayı sahilləri..havanın gecə saat 12də qaralması..sözlə ifadə edə bilmədiyim gözəllik..ilk gördüyüm andan bu şəhərə vuruldum…Moskva və Dubna..Beynimdə bu iki şəhərin müqayisəsini aparırdım.Baxmayaraq ki eyni gündə ilk dəfə olaraq Moskvanı görürdüm və səs-küylü, böyük Moskvadan sonra Dubnaya düşmək insana rahatlıq gətirirdi… Oxumağa davam et